Yasamal rayonunda, Elmlər Akademiyası metrosu yaxınlığında, Mirəli Seyidov küçəsində (yol kənarında) hazır stomatoloji klinika icarəyə verilir. Obyektin ümumi sahəsi 680 kv.m-dir, tam təchiz olunub və yüksək səviyyəli tibbi mərkəz kimi fəaliyyət üçün tam hazırdır
Klinika bütün lazımi dövlət lisenziyalarına (xüsusi cərrahiyyə və rentgen lisenziyası) malikdir. Obyektin daxilində 15 ədəd müasir avadanlıqlarla təmin edilmiş stomatoloji kabinet, xüsusi cərrahiyyə lisenziyalı və bütün tibbi standartlara uyğun əməliyyat otağı, müasir 3D rentgen aparatı ilə təchiz olunmuş xüsusi izolyasiyalı otaq mövcuddur. Həmçinin beynəlxalq protokollara uyğun ayrıca sterilizasiya zonası, geniş qəbul otağı (reception), komfortlu gözləmə zalı, personal üçün istirahət otağı və sanitar qovşaqlar yerləşir
Klinika işə başlamaq üçün tam hazır vəziyyətdədir. Dəyərindən aşağı, çox sərfəli şərtlərlə təklif olunan hazır biznes fürsətidir. Ətraflı məlumat və obyektə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz