Kirayə Mənzil – 8-ci Mikrorayon, Cəfər Xəndan küçəsi
Binəqədi rayonu, 8-ci Mikrorayon, Cəfər Xəndan küçəsində, Qoşa Zapravkanın və Bakı Electronics mağazasının yaxınlığında yerləşən Leninqrad layihəli 9 mərtəbəli binanın 5-ci mərtəbəsində sahəsi 80 kv.m olan 3 otaqlı mənzil bütün mebel və məişət avadanlıqları ilə birlikdə icarəyə verilir.
Mənzil geniş, işıqlı və səliqəlidir. Yaşayış üçün lazım olan bütün şərait mövcuddur. Yalnız soyuducu yoxdur. Qaz, su və işıq daimidir.
Binanın yerləşdiyi ərazi yüksək inkişaf etmiş infrastruktura malikdir. Yaxınlıqda Azadlıq metrosu, avtobus dayanacaqları, məktəblər, uşaq bağçaları, marketlər, supermarketlər, apteklər, banklar, Bakı Electronics, restoranlar, kafelər, parklar, istirahət zonaları və digər vacib sosial-iaşə obyektləri yerləşir. Nəqliyyat baxımından şəhərin istənilən istiqamətinə rahat çıxış mövcuddur.
Ailəli şəxslər üçün əlverişli və rahat mənzildir.
Aylıq icarə haqqı: 700 AZN
Ofis haqqı: 30%