Nərimanov rayonu, Ayna Sultanova heykəlinin yaxınlığında, Atatürk parkının tam yanında və Ziya Bünyadov prospektinə yaxın ərazidə yerləşən eksperimental layihəli 9 mərtəbəli binanın 9-cu mərtəbəsində sahəsi 60 kv.m olan 2 otaqlı mənzil satışa təqdim olunur.
Mənzilin qazı, suyu və işığı daimidir. İstilik sistemi mərkəzidir. Mənzil işıqlı otaqlara və funksional planlamaya malikdir. Həm yaşayış, həm də investisiya üçün əlverişli seçimdir.
Binanın ətrafında orta məktəblər, uşaq bağçaları, parklar, poliklinika, tibb mərkəzləri, supermarketlər, apteklər və digər vacib infrastruktur obyektləri yerləşir. Ərazi nəqliyyat baxımından da olduqca əlverişlidir.
Qiymət: 169.500 AZN
Ofis haqqı: 1%